Banqladeş Kabel Operatorları Dərnəyinin (COAB) qurucusu və prezidenti Ənvər Parvez verdiyi açıqlamada, kabel operatorlarının proqramlar arasında reklam yayımlayan xarici televiziya kanallarının yayımlarını kəsdiyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Yerli televiziya kanallarımız olduğuna görə, xarici kanalların kommersiya reklamları ilə yayımlanmasına icazə verə bilmərik" deyə Parvez bildirib.
Hindistan kanallarının böyük maraqla izlənildiyi ölkədə "yayım siyasətini yerinə yetirmədikləri" səbəbi ilə bütün xarici kanalların fəaliyyətinin dayandırılması böyük reaksiya ilə qarşılanıb.
Qeyd edək ki, Banqladeş telekanal sahibləri əvvəllər narahatlıqlarını dilə gətirib və xarici telekanalların reklam yayımını dayandırmasını istəyib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB