ABŞ-ın Şimali Dakota əyalətində yaşayan Bill Fischer, mühərrikini yoxlamaq üçün avtomobilinin kapotunu açanda çox təəccüblənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o demək olar ki, bütün mühərrikin ətrafında ağacdan qoparılıb gətirilmiş yüzlərlə qozun olduğunu görüb. Qırmızı bir sincabın ağaclardan qoz gətirdiyini və maşınını anbar olaraq saxladığını anlayan Fişer, maşının hər yerində qoz olduğunu bildirib. Qozu qablara doldurub maşınını təmizləyən Fişer, 160 litrlik konteyneri doldurmaq üçün maşından kifayət qədər qoz yığdığını bildirib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB