Yaponiyada ayılardan qorunmaq üçün mahnı yazıldı

Yaponiyanın İvate bölgəsində həm ayıları uzaq tutmaq, həm də şəhərdə yaşayan insanları şəhər mərkəzlərində görülməyə başlayan ayılara qarşı xəbərdar etmək üçün bir rok musiqisi mahnısı səsləndirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ayıların yayıldığı bölgədən, şəhər mərkəzinə enən ayılar bəzən insanlara hücum edir. Bu yaxınlarda ölkənin şimalındakı Ivate bölgəsində daha çox ayı görüldükdən sonra səlahiyyətlilər sakinləri xəbərdar etmək üçün bir rok mahnısı hazırladılar. Mahnı, "Ayı balalarının sevimli olduğunu düşünürsən? Məsum düşüncədən əl çək, balanın yanında böyük bir ayı olacaq və sənə hücum edəcək" ifadələrini ehtiva edir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə