Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Rusiya və ABŞ-a Suriyaya giriş haqqının veriləcəyi təqdirdə Türkiyəyə də eyni hüququn verilməli olduğunu söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Alman jurnalı Der Spiegelə verdiyi açıqlamada Kalın, ABŞ-ın YPG-yə dəstək vermək, terror təşkilatı PKK-nın Suriyada uzadılması kimi mövzularda Türkiyənin ehtiyaclarını zaman-zaman nəzərə almadığını və bunun qəbuledilməz olduğunu ifadə edib. ABŞ prezidenti Co Baydenin PKK-nın Suriyada uzadılmasının Türkiyə tərəfindən milli bir təhlükə kimi qəbul edildiyini anlaya bilmədiyini qeyd edən Kalın, "İki ölkə arasında digər problemli məsələ, Gülən təşkilatının ABŞ-da sərbəst hərəkət edə bilməsidir deyə əlavə edib. Vəziyyət sual işarələri yaradır və müttəfiqlər arasındakı əlaqələrə mənfi təsir edir. Türkiyənin Suriyada beynəlxalq hüququ pozduğu iddialarını yalanlayan Kalın, "Beynəlxalq qanunu pozan Əsəd və PKK-dır. Bu iki problem həll edildimi? Niyə indi Türkiyəyə diqqət yetirilir? Orada özümüzü müdafiə etmək haqqımız var. Əgər Rusiyaya və ABŞ -a Suriyaya girmək hüququ verilmişsə, bizim də haqqımız var" deyə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB