"Yuxudakı Şahzadə" hələ də yatır

Səudiyyə şahzadəsi Rima bint Talal, 15 ildən çox əvvəl komaya düşən qardaşı oğlu, "Yuxudakı Şahzadə" kimi tanınan Şahzadə Vəlid bin Xalidin videosunu paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2005 -ci ildə baş verən yol qəzasından sonra xəstəxanaya yerləşdirilən şahzadə Vəlid bin Xalid, milyarder Səudiyyə Ərəbistanlı sərmayədar Şahzadə Vəlid bin Talalın bacısı oğludur. Şahzadənin videosunu "Twitter"də paylaşan Şahzadə Rima "Əzizim, Allah səni qorusun və şəfa versin" deyib. Kadrlarda Şahzadə Vəlidin bir həyat dəstəyi maşınına bağlandığı görünür.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə