ABŞ-dan virusla bağlı sevindirici xəbər yayılıb

İlk olaraq 2019-cu ilin dekabr ayında Çinin Hubei əyalətinin Vuhan şəhərində ortaya çıxan və qısa müddətdə bütün dünyaya təsir edən yeni növ koronavirus epidemiyasına qarşı peyvənd və dərman inkişafı işləri davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, mövzu ilə bağlı son yaxşı xəbər ABŞ -dan gəlib. ABŞ əczaçılıq şirkəti Merck, Covid-19-a qarşı hazırladıqları eksperimental həbin, virusa yoluxmuş insanlarda xəstəxanaya yerləşdirilmə və ölüm riskini yarıya endirdiyini bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə