19 sentyabrdan bəri İspaniyanın La Palma adasında aktiv olan "Kumbre Vieja" vulkanı lav tökməyə davam edərkən, oxşar xəbərlər ABŞ-dan gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Havay əyalətindəki "Kilauea" vulkanı yenidən aktivləşib. Püskürmə görüntülərində kraterin lavla örtülü olduğu və dalğalı vulkan qazı buludlarının havaya qalxdığı müşahidə edilib. Vulkanın həyəcan səviyyəsi "quruda və havada mümkün təhlükəli fəaliyyət" mənasını verən "qırmızı"ya qaldırılıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə