İspaniyanın cənub-qərbindəki Kanar Adaları qrupunda yerləşən La Palma adasında Cumbre Vieja Yanardağından gələn lava böyük fəlakətlərə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, lava səbəbi ilə 19 sentyabrdan bəri 462 ev yanıb. La Palmadakı evlərindən təxliyə edilən təxminən 6000 insan hələ də otellərdə, idman salonlarında, qarajlarda və digər ada sakinlərinin evlərində qalır.

Lav axınının dayandığı iki yaşayış məntəqəsində insanların evlərinə qayıtmağa başladığı açıqlanıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə