İsrail qonşuları ilə əlaqələrini yaxşılaşdırmaq istəyir

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etmək üçün getdiyi Nyu-Yorkda İsrail baş naziri Naftali Bennett Bəhreynin xarici işlər naziri Abdullatif bin Rəşid əz-Zeyyani və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi üzrə dövlət naziri Xəlifə Şahin əl-Mararla görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkəsinin BƏƏ və Bəhreynlə hər sahədə əlaqələrini möhkəmləndirməyi və gücləndirməyi hədəflədiyini ifadə edən Bennett, bölgədəki digər ölkələrin də İsraillə münasibətləri normallaşdıracağına ümid etdiyini bildirib. İordaniya Kralı II Abdullah və Misir Prezidenti Abdel Fattah es-Sisi ilə görüşdüyünü ifadə edən Bennet, hər iki liderin İsrailin BƏƏ və Bəhreynlə əlaqələrindən məmnun olduğunu qeyd edib. Əlaqələrdə "davamlılıq" vəd edən Bennett, BƏƏ və Bəhreynlə əlaqələri "mümkün qədər" genişləndirmək istədiklərini əlavə edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə