Almaniyada qadınlara şiddət artıb

Almaniya Ailə Nazirliyinin 2020-ci il üçün hazırladığı ilkin hesabatda rəqəmlər göstərilməsə də, qadınların koronavirus epidemiyası çərçivəsində komendant saatı və evdən işləmək kimi tədbirlərə görə evdə daha çox vaxt keçirdikləri vurğulanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, evdə qalmaq məcburiyyətində qalan qadınlar daha çox zorakılığa məruz qalsa da, polisə bildirilməyən bir çox hadisənin olduğu və faktiki rəqəmlərin daha çox olduğu təxmin edilir. Qeydə alınan zorakılıq hallarına cinayət, qətl cəhdi, yaralanma, təcavüz, təhdid, müşahidə və azadlıqdan məhrumetmə daxildir.

Almaniya Ailə Nazirliyinin 2020-ci il üçün hazırladığı ilkin hesabatda rəqəmlər göstərilməsə də, qadınların koronavirus epidemiyası çərçivəsində komendant saatı və evdən işləmək kimi tədbirlərə görə evdə daha çox vaxt keçirdikləri vurğulandı. Evdə qalmaq məcburiyyətində qalan qadınlar daha çox zorakılığa məruz qalsa da, polisə bildirilməyən bir çox hadisənin olduğu və faktiki rəqəmlərin daha çox olduğu təxmin edilir. Qeydə alınan zorakılıq hallarına cinayət, qətl cəhdi, yaralanma, təcavüz, təhdid, müşahidə və azadlıqdan məhrumetmə daxildir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...