Sudan dövlət televiziyası və radioları canlı yayımlarını kəsib və xalqı son xəbərlərində çevrilişə müqavimət göstərməyə çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Umdurman bölgəsində bir qrup əsgərin bəzi hərbi maşınları ələ keçirərək çevrilişə cəhd etdiyini bildirib. Sudan Suverenlik Şurasının sözçüsü Məhəmməd Əl Feki Süleyman, "Facebook" hesabından etdiyi şərhdə, vəziyyətin nəzarət altında olduğunu ifadə edərək xalqı ölkəni, keçid prosesini qorumağa və çevrilişə qarşı çıxmağa çağırıb
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB