Yunanıstandan Türkiyəyə növbəti NOTA

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ankaradakı səfirliyinə Türk balıqçı gəmilərinin Yunanıstan sularında balıq tutduqlarını iddia edərək etiraz notası verməsini əmr edib. "Təəssüf ki, Türkiyə qanunsuz davranışında israr edir", - deyə Dendias çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, sözlərinə bunları əlavə edib: "Beynəlxalq hüquq çərçivəsində hüquqlarını müdafiə etməyə sadiq olan Yunanıstan heç bir problemi cavabsız qoymayacaq".

Türkiyənin Şərqi Aralıq dənizində eyni bölgələrdə təbii qaz kəşfiyyat işləri aparması Afina rəhbərliyini narahat etməyə davam edir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə