"Dünyanın hər yerində lağ obyektiyik"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp verdiyi müsahibədə şok sözlər işlədib. SİA xarici mətbuata istinadən xəbır verir ki, o, müsahibədə bu sözləri deyib: "ABŞ əvvəlkindən daha çox yoldan çıxıb. 2022 və 2024 -cü illərdə seçkilərə gedəndən sonra ölkə adından heç bir şeyimiz qalmayacaq". Tramp çıxışında ABŞ prezidenti Baydeni də hədəfə alıb. Əfqanıstandan çəkilmə zamanı baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkən Tramp bunları açıqlayıb: "Dünyanın hər yerində lağ obyektiyik". Trampın diqqətəlayiq sözlərindən sonra aparıcı Şon Spayser müsahibəni bitirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə