Yaponiyanın qərbində Yapon dənizi ilə üzbəüz yerləşən sahil İşikava əyalətinin Noto yarımadasında zəlzələ qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla 18:42-də və 10 kilometr dərinlikdə qeydə alınan 5,2 bal gücündə zəlzələ ətrafdakı Toyama və Niiqata əyalətlərində də hiss edilib. Zəlzələ səbəbi ilə sunami xəbərdarlığı olmayıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə