Yanvarın 2-dən iyulun 2-dək İngiltərədə yeni növ koronavirus səbəbi ilə ölənlərin yalnız 1,2 faizinin tam peyvənd edildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, milli statistika idarəsinin açıqladığı məlumatlara görə, İngiltərədə 2 yanvar-2 iyul tarixləri arasında Covid-19 səbəbi ilə 51 min 281 adam ölüb. Covid-19 səbəbi ilə həyatını itirənlərdən 38 min 964 nəfəri vaksinasiyadan keçmədiyi halda, birdəfəlik peyvəndlərin sayı 11 min 677, ikiqat dozalı peyvəndlərin sayı isə 640 idi. Beləliklə, ikiqat dozada peyvənd aldıqdan sonra ölənlərin sayı Covid-19-dan ölənlərin ümumi sayının yalnız 1,2 faizini təşkil edir. Məlumata görə, Covid-19-dan ölən tam peyvənd edilmiş insanların orta yaşı 84-dür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB