Pakistanda leysan yağışlarının səbəb olduğu fəlakət və qəzalarda ölənlərin sayı 18-ə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Xayber Paxtunxva əyalətinin Torgar bölgəsində, güclü yağışlar nəticəsində üç evin tamamilə çökdüyü və 11 adamın öldüyü qeyd edilib. Axtarış və xilasetmə işlərinin davam etdiyini ifadə edən səlahiyyətlilər, ölü sayının artmasından narahat olduqlarını ifadə edib. Son 2 gündə ölkədə yağan yağışların səbəb olduğu fəlakət və qəzalarda 4-ü uşaq olmaqla 7 nəfər həyatını itirib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB