Virus səbəb ilə Afrikada həyatını itirənlərin sayı 202 min 51-ə çatıb. Qitədə yoluxmaların sayı 8 milyon 72 min 226-dır. SİA xarici mətbuata istinadən xəbər verir ki, sağalanların sayı 7 milyon 260 min 869-a yüksəlib. Qitədə ən çox yoluxma halları Cənubi Afrika Respublikası, Mərakeş, Tunis, Liviya və Efiopiyada aşkar edilib.
Virus səbəbindən ən çox ölüm, Cənubi Afrika Respublikası, Tunis və Misirdə qeydə alınıb. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Afrika CDC) məlumatlarına görə, indiyə qədər qitəyə 145 milyondan çox doza vaksin çatdırılıb və 111 milyon insan vaksinasiya olub.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB