"Rus modulundakı bütün sistemlər normal işləyir"

Beynəlxalq Kosmos Stansiyasındakı (ISS) Rusiyaya məxsus modulda tüstü həyəcan siqnalı verildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "ISS-də Zvezda" modulunda batareyaların doldurulduğu bölmədə bu gün səhər saatlarında tüstü həyəcan siqnallarının səslənməyə başladığı bildirilib. Həyəcan siqnalı çalınması səbəbi ilə hava təmizləmə filtrlərinin işə salındığı barədə məlumatların yer aldığı açıqlamada bu ifadələrə yer verilib: "Havanı təmizlədikdən sonra ekipaj normal işlərinə qayıtdı. Rus modulundakı bütün sistemlər normal işləyir". Açıqlamada, Rusiya kosmonavtlarının ISS-də bu gün keçirilməsi planlaşdırılan kosmik gəzintiləri də həyata keçirəcəyi qeyd edilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə