Meksikanın Verakruz əyalətinin Omealka qəsəbəsindəki bir evin yaxınlığındakı artezian quyusunda cəsədlər tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər prokurorluğun müşayiəti ilə quyuda aparılan araşdırmalardan sonra 20 cəsədin 30 metr dərinlikdən çıxarıldığı barədə məlumatı paylaşıb. Cəsədlərin ölüm səbəblərini müəyyən etmək üçün araşdırma başladılıb. Beş ildir ki, Meksikada cinayətlərin sayı artmaqdadır. Bununla birlikdə, 2019-cu ildə artım nisbəti 2,5 faiz olub. Bu nisbət əvvəlki illərdə17 və 28 faiz olub. Ölkə dünyanın ən təhlükəli ölkələrindən biri olaraq görülür.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB