Almaniya səfirliyi yenidən açıldı

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe bu gün paytaxt Tripolidə rəsmi səfərdə olan Almaniyanın xarici işlər naziri Heiko Maası qəbul edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Liviya hökumətinin verdiyi açıqlamaya görə, görüşdə, Liviyadakı son siyasi inkişaflar, ilin sonuna planlaşdırılan seçkilər üçün irəliləyiş ehtimalı və seçkilər qarşısında çətinliklər müzakirə edilib. Dibeybe, Maasın səfəri çərçivəsində Almaniyanın səfirliyini yenidən açdığını və Tripolidəki fəaliyyətinə qayıtdığını bildirib. Səfirliyin yenidən açılmasının "sabitliyə doğru bir addım və başqa bir müsbət nəticə" olduğunu qeyd edən Liviya Baş naziri deyib: "Almaniyanın xarici işlər naziri Heiko Maasın səfərindən məmnun oldum və imtiyazlı əlaqələrin reallaşmasını səbirsizliklə gözləyirik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə