Ötən həftə ABŞ-ın şərq əyalətlərini vuran İda qasırğasının yaratdığı dağıntıların təsirləri davam edərkən, bu dəfə Larri qasırğası həyəcanı verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əldə edilən peyk görüntülərində, Larri qasırğasının Kanadaya doğru hərəkət etdiyi müəyyən edilib. İda qasırğası ABŞ-ın şərq sahillərinə çatdıqdan sonra, 3-cü kateqoriya Larri qasırğasının Kanadanın Nyufaundlend şəhərində təsirli olacağı gözlənilir.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə