"Rusiya Kosmos müharibəsinə hazırdır"

Rusiya Federal Kosmik Agentliyinin rəhbəri Dmitriy Rogozin Rusiyanın kosmos da daxil olmaqla hər hansı bir hücumu dəf etməyə hazır olduğunu bildirib. SİA-nın "Gazeta.ru -ya istinadən verdiyi xəbərə görə, Dmitri Rogozin bildirib ki, Rusiya çox müharibə keçdi, böyük itkilər verdi: "Ona görə də təbii ki, istənilən hücumu dəf etməyə hazırıq. Gələcəkdə kosmosda müharibələr başlaya bilər. Analiz mütəxəssislərinin məlumatlarına görə, münaqişə düşmənin kosmik maşın qrupunun məhv edilməsi ilə başlaya bilər. Bu, müharibə səbəbidir. Hər bir kosmik gəminin insan tərəfindən törədilən təsirləri müəyyən edə biləcək sistemləri var".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə