Rusiya ilə danışıqlar aparılır

Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı danışıqlar aparılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ARMY-2021 hərbi forumunda danışan Mixeyev bunları deyib: "Rosoboroneksport, Rusiyanın Yaxın Şərq, Asiya-Sakit okean bölgəsi və Afrikadan yeddi strateji ortağı ilə S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınmasının texniki və maliyyə detallarını müzakirə edir".

İndiyə qədər Çin və Türkiyəyə verilən S-400 hava hücumundan müdafiə sistemlərinin 2021-ci ilin sonunda Hindistana təhvil verilməsi planlaşdırılır. Bundan əvvəl mediada Səudiyyə Ərəbistanı, İraq və Belarusun da S-400-lərin tədarükü üçün Rusiya ilə danışıqlar apardığı bildirilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə