Rusiyanın Əfqanıstandakı səfirliyi əfqan tələbələrin Rusiyaya təxliyəsi üzərində çalışdıqlarını və təyyarələrin sentyabr ayında uçuşlara başlanacağını bildirib. SİA-nın rus mətbuatına istinadən verilən məlumata görə, Rusiyanın Əfqanıstandakı səfirliyi Facebook hesabı vasitəsilə bu açıqlamanı yayıb.
"Əfqanıstanlı tələbələrin Rusiyada təhsil almaq üçün onların təxliyəsi ilə bağlı yalan məlumatlarla bağlı araşdırmaları davam etdiririk. Universitet tələbələri üçün təyyarə sentyabrda uçuşa hazır olacaq", deyə açıqlamada deyilir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Əfqanıstanı tərk etmək və istədiyi ölkəyə getmək istəyən bütün Əfqanıstan vətəndaşlarının təxliyəsini təmin etmək üçün mülki aviasiya xidmətləri göstərməyə hazır olduqlarını açıqlamışdı: "Məqsədimiz humanitar vəziyyətin pisləşməsinin qarşısını almaqdır".
Əfqanıstandakı hazırkı hökumət nümayəndələrinin Rusiya təyyarələrinin Kabilə eniş və qalxması üçün heç bir maneə olmadığına zəmanət verdiyini ifadə edən Zaxarova Əfqanıstanı tərk etmək istəyən Rusiya vətəndaşları üçün də çarter uçuşları təşkil ediləcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB