Meksikanın Hidalgo əyalətində, güclü fırtına nəticəsində hərbi vertolyot qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hərbi vertolyot 50 metr aşağı düşüb, bu zaman 4 nəfər yaralanıb. Veracruz şəhəri hökumət katibinin də olduğu vertolyot, pilotun idarəetməni itirməsi ilə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəzada yaralanan 4 nəfər xəstəxanaya yerləşdirilib. Qəzadan yüngül xəsarətlərlə xilas olan katib, "Grace" qasırğasından təsirlənən bölgələrdə kəşfiyyat uçuşları həyata keçirdiklərini ifadə edərək deyib: "Bu, uğursuz bir qəza idi, həmrəyliyə görə təşəkkür edirəm. Allaha şükür olsun ki, insan itkisi olmadı". Digər tərəfdən, sosial mediada əks olunan görüntülərdə vertolyotun düşmə anı kameralarda əks olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB