Rusiya Xarici işlər Nazirliyindən verilən yazılı açıqlamada Əfqanıstanda Talibanın hakimiyyəti ələ keçirməsindən sonrakı vəziyyətin izlənildiyi ifadə edilib. Rusiya XİN-dən verilən açıqlamada deyilib:
"Əldə etdiyimiz məlumata görə, paytaxt Kabildə və ümumiyyətlə Əfqanıstanda vəziyyət sabitləşir. Taliban ictimai asayişi qorumağa başlayıb və yerli vətəndaşların və xarici diplomatik missiya nümayəndələrinin təhlükəsizliyinə zəmanət verdiklərini təsdiqləyib. Əfqanıstanda şiddətdən çəkinmək və vəziyyəti sülh yolu ilə həll etmək istəyirik".
Açıqlamada Rusiyanın Kabildəki səfirliyinin işini davam etdirəcəyi və Əfqanıstanda yeni güc nümayəndələri ilə təmasların başladığı qeyd edilib
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB