İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyanın İrandakı səfirliyinin sosial media hesabında paylaşdığı fotoya reaksiya verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, zərif, sosial mediada 1943-cü il Tehran konfransına istinadən Rusiya Səfirliyi tərəfindən paylaşılan yazı ilə əlaqədar olaraq deyib: “Bu gün uyğun olmayan bir şəkil gördüm. Hamıya xatırlatmaq lazımdır ki, biz 1943-cü ildə deyil, 2021-ci ildəyik ”. "İran xalqı, nüvə danışıqları prosesində olduğu kimi, müstəqilliyi ilə bağlı qərarların da xarici dövlətlər və səfirliklər tərəfindən təyin olunmayacağını göstərdi".
Xatırladaq ki, Rusiyanın İrandakı yeni səfiri sosial media hesabından səfir Levan Caqaryan, İngiltərənin İrandakı yeni səfiri Simon Shercliff ilə 1943-cü il Tehran konfransının keçirildiyi tarixi addımlar başlığı ilə paylaşım edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB