Qaçqınların geri qaytarılması ilə bağlı TOPLANTI KEÇİRİLƏCƏK

Rusiya və Suriyanın qaçqınların geri qaytarılması və dinc həyatın bərpası üzrə idarələrarası koordinasiya qərargahının ortaq iclası 26 iyulda Şamda keçiriləcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya prezidenti Vladimir Putinin qərarı və Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqunun təlimatına uyğun olaraq, qaçqınların qaytarılması və dinc həyatın bərpası ilə bağlı Rusiya və Suriyanın idarələrarası koordinasiya qərargahının 26 İyulda Şamda birgə iclası keçiriləcək", deyə məlumatda bildirilir.

Qeyd olunur ki, 30 federal icra orqanı və təşkilatı, Rusiya Federasiyasının beş bölgəsi və Rusiya Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət Rusiya nümayəndə heyətinə qaçqınların qaytarılması üçün Rusiya Federasiyasının idarələrarası koordinasiya qərargahının rəhbəri, Suriyaya - Rusiya Federasiyası Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev rəhbərlik edəcəkdir. Qərargahın işində Suriya səlahiyyətliləri və təşkilatlarının nümayəndələri, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriya üzrə koordinatorları iştirak edəcəklər.

"Tədbir Suriya Ərəb Respublikasındakı humanitar problemlərin həllinə əlavə təkan vermək, 2020-ci ilin noyabrında Suriyaya qaçqınların qaytarılması üzrə Beynəlxalq Konfrans zamanı əldə edilmiş Rusiya-Suriya razılaşmalarının həyata keçirilməsini təşviq etmək məqsədi daşıyır", deyə Rusiya Müdafiə Nazirliyi məlumat verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə