Rusiyanın Kamçatka bölgəsindəki Petropavlovsk-Kamçatski hava limanından havaya qalxan AN-26 təyyarəsi Palanada eniş edərkən hava hərəkətinə nəzarət ilə əlaqəni kəsib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra təyyarə qəzaya uğrayıb. Gəmidə 22 sərnişin və 6 ekipaj üzvü olmaqla 28 nəfərin həyatını itirdiyi açıqlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları təyyarənin qalıqlarının tapıldığı nöqtədə pis hava şəraiti səbəbindən dünən dayandırılmış axtarış və xilasetmə işlərinə davam ediblər.
Rusiya Fövqəladə Hallar Nazirliyi bu gün yenidən başlayan işlərdə bu günə qədər 19 nəfərin cəsədin tapıldığını açıqlayıb. Dağıntılardan çıxarılan cəsədlərin çoxunun parçalandığını bildirən nazirlik cəsədlərin məhkəmə tibbi meyitxanaya aparıldığını və şəxsiyyətlərinin yarılma yolu ilə müəyyənləşdiriləcəyini açıqlayıb. Nazirliyin verdiyi açıqlamada bölgəyə təsir edən qasırğa səbəbi ilə axtarış və xilasetmə işlərində çətinliklər olduğu, işlərin zaman-zaman kəsildiyi bildirilir. İlk təyinetmələrə görə, hava limanına enərkən təpəyə çırpılan təyyarədəki sərnişinlərin və heyət üzvlərinin hamısının həyatını itirdiyi ifadə edilib. Təyyarənin qalıqları hava limanından 4-5 kilometr aralıda tapılıb.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB