İngiltərənin cənub-qərbində limanda baş vermiş güclü partlayış nəticəsində 4 nəfər ölüb

İngiltərənin cənub-qərbində yerləşən Bristol limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisin baş müfəttişi Mark Runakres məlumat verib. Partlayış liman ərazisindəki "Wessex Water" zavodunun kanalizasiya təmizləyici qurğusunda olub. Hadisənin qəti şəkildə terrorla əlaqəli olmadığını vurğulanıb. Müəssisə işçilərindən birinin aldığı xəsarətlərin onun həyatını təhdid etmədiyini də əlavə etdi. Partlayışdan sonra yaranan yanğın xilasetmə xidməti tərəfindən söndürülüb. Britaniyanın Baş naziri Boris Conson həlak olanların yaxınlarına başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...