Yunanıstan adalarına uçuşlar bərpa edilir

Yunanıstan turizm sektorunu canlandırmaq məqsədilə adalara uçuşlara start verib. SİA xəbər verir ki, bu addım Yunanıstanda pandemiya ilə bağlı yumşalmaların tətbiq edilməsi nəzdində atılıb.

Turizm ölkənin əsas gəlir mənbəyi olduğundan Yunanıstan iqtisadi dayanıqlılığı təmin etmək məqsədilə Fraport, Korfu, Santorini, Mykonos, Rodos və Krit kimi adaları əhatə edən 14 regional hava limanına 100-dən çox uçuş nəzərdə tutulur.

Hazırda Yunanıstanda bütün hava limanları beynəlxalq uçuşları qəbul edir, eyni zamanda "Patras" və "Lgoumenista" kimi böyük limanlar İtaliyadan bərə səfərləri üçün açılıb.

Yunanıstanın Baş nazir Kriakos Mikotakis Nazirlər Kabinetinin iclasında bildirib ki, çox çətin turizm mövsümü onları gözləyir və bu mövsüm əllərindən gələni edəcəklər.

Qeyd edək ki, digər Avropa ölkələrinə nisbətən pandemiya Yunanıstana daha az zərər verib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə