Peruda karantin qaydaları sərtləşdirildi QANUN

Peruda karantin rejimində sərt tədbirlər qaydaları müəyyən edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu kişilərlə qadınlara aiddir. Belə ki, kişilər həftənin tək günləri, qadınlar isə cüt günləri evlərini yalnız ciddi səbəb olanda tərk edə bilərlər. Bazar günləri isə ümumiyyətlə, evləri tərk etmək olmaz. Perunun prezidenti Martin Vsikarra bildirib ki, ümumiyyətlə, evdən bayıra çıxmaq üçün əsaslar gətirilməlidir. Mövcud qərar aprelin 12-nə qədər qüvvədə qalacaq.

Koronavirusla bağlı aprelin 3-ə olan məlumata görə, Peruda 1414 nəfər infeksiyaya yoluxub, ümumilikdə ölkədə 47 nəfər həyatını itirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...