Cənubi Koreyada daha 104 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 9241 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 5 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 131 nəfərə çatıb. Bundan əlavə, ötən sutka ərzində 414 nəfər sağalıb, onların ümumi sayı 4144 nəfərə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB