Cənubi Koreyada daha 104 nəfər koronavirusa yoluxub

26 Mart 2020 11:04 (UTC+04:00)

Cənubi Koreyada daha 104 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 9241 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 5 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 131 nəfərə çatıb. Bundan əlavə, ötən sutka ərzində 414 nəfər sağalıb, onların ümumi sayı 4144 nəfərə bərabərdir.