Londonda məsciddə bıçaqlanma hadisəsi baş verib

Londonda məsciddə bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, Regent Park ərazisində yerləşən məsciddə 70 yaşlı müəzzinə bıçaqlı hücum edilib. Xəstəxanaya çatdırılan yaralının həyati təhlükəsi olmadığı açıqlanıb. Bıçaqlayan şəxs polis tərəfindən zərərsizləşdirilib. London polisi hücumun terrorla əlaqəli olmadığını açıqlayıb. Baş nazir Boris Conson şəxsi "Tvitter" hesabından hücum barədə xəbərin onu narahat etdiyini, bunun xüsusilə ibadət yerində baş verməsinin çox pis olduğunu yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə