Dağıntılar altından dörd nəfər çıxarıldı

Türkiyədə zəlzələdən sonra dağıntılar arasından dörd nəfər xilas edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Fəlakətlər Agentliyi (AFAD) şənbə günü məlumat yayıb.
Məlumata görə, Türkiyənin şərqində baş verən güclü zəlzələdən bir neçə saat sonra xilasedicilər dağıntıların altından daha dörd nəfəri çıxarıb.

Türkiyənin Fövqəladə Hallar və Fəlakətlər Agentliyi Twitterdə məlumat verib ki, dağıntılar altından qalanlar Elazıq şəhəri və Maden rayonunda xilas ediliblər. Həmçinin xəbər verilib ki, təbii fəlakət bölgəsində 1097 xilasedici işləyir. Əraziyə 9 minə yaxın çadır və 30 mindən çox yorğan göndərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...