Parlament seçkilərindən sonra funt sterlinqin ABŞ dollarına nisbətdə məzənnəsi son 7 ayda ən yüksək səviyyəyə qalxıb

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra funt sterlinqin ABŞ dollarına nisbətdə məzənnəsi may ayından bəri ən yüksək səviyyəyə qalxıb.

SİA xəbər verir ki, seçkilərin nəticələrinin açıqlanması ilə eyni vaxtda funt sterlinq 2,1 faiz bahalaşaraq 1,34 dollara çatıb. Funtun avroya qarşı məzənnəsində isə üç illik aradan sonra ən böyük artım qeydə alınıb.

Seçkilərdən sonra birjalarda səhmlərin bahalaşması da müşahidə olur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...