...Moskvanın on illərdir NATO sərhədində hərbi qalaya çevirdiyi Kalininqrad bölgəsi Rusiyanın zəif nöqtəsinə çevrilə bilərdi.
SİA xəbər verir ki, The iPaper-in məlumatına görə, bölgənin qoşunlarının və silahlarının əhəmiyyətli bir hissəsi Ukraynaya qarşı müharibəyə yönəldilib. Bu, ilk növbədə Kalininqradın quru müdafiəsinin onurğası hesab edilən 11-ci Ordu Korpusuna aiddir.
Nəşrin məlumatına görə, onun bölmələri Ukraynada ağır itkilər verib və bölgənin hərbi imkanları əhəmiyyətli dərəcədə azalıb.
...Rusiya bunun zəif nöqtə olduğunu bilir, - deyə keçmiş NATO rəsmisi Kalininqradı “Rusiya Federasiyasının Axilles dabanı” adlandırıb.
Polşa artıq bundan Moskvaya təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməyi təklif edib. Polşa xarici işlər naziri Radoslav Sikorski NATO-nu Kremli Ukraynadan ora əlavə qüvvələr köçürməyə məcbur etmək üçün Kalininqrad yaxınlığında daha genişmiqyaslı təlimlər keçirməyə çağırıb. Lakin bu, Rusiya ərazisinə birbaşa hücum demək deyil.
Bir neçə ekspertin fikrincə, Avropa ölkələri Moskvaya iqtisadi məhdudiyyətlər, kiberhücumlar və hərbi manevrlərlə təzyiq göstərə bilər və bununla da yeni təxribatlara tez cavab verməyə hazır olduqlarını nümayiş etdirirlər.
Kalininqradı təchiz etmək ayrı bir məsələdir. Region Litvadan tranzitdən asılıdır və nəqliyyata qoyulan məhdudiyyətlər artıq Moskva ilə AB arasında qızğın mübahisənin mövzusuna çevrilib.
...Rusiya hər hansı bir hərəkətə cəhd edərsə, ilk hədəf Kalininqrad olacaq, - deyə polşalı ekspert Miloş Kordes hesab edir.
Lakin həddindən artıq təzyiq ciddi risklər daşıyır. Moskva artıq regionu blokadaya almaq cəhdinin daha da gərginləşmək üçün bəhanə kimi qəbul edilə biləcəyi barədə xəbərdarlıq edib. Rusiyanın Avropada hibrid hücumlarının artması fonunda Kalininqrad getdikcə təkcə təhdid mənbəyi kimi deyil, həm də Moskvanı çəkindirmək üçün potensial vasitə kimi qəbul edilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB