Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA hücumu olub

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA hücumu olub

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançı husilər Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco"nun Cizan şəhərindəki neftayırma zavoduna iki pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiklərini bildiriblər. Bu barədə qiyamçıların nəzarətində olan SABA informasiya agentliyi məlumat yayıb.

"Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur - red.) iki pilotsuz uçuş aparatının köməyi ilə Cizan rayonunda "Aramco" şirkətinin neftayırma zavoduna hücum edə biliblər. Hədəfə dəqiq zərbə endirilib", - deyə məlumatda vurğulanır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə