Rusiya hava limanlarını yanacaq böhranı bürüdü...

Uçuşlar kütləvi şəkildə təxirə salınır və sərnişinlər panikaya düşürlər...
Rusiya hava limanlarını yanacaq böhranı bürüdü...

...Rusiya Federasiyasında yanacaq böhranı getdikcə pisləşir. Hava limanları təyyarələrin yanacaq doldurulmasına məhdudiyyətlər qoyub, yüzlərlə uçuş həm gəlişdə, həm də yola düşərkən təxirə salınıb və sərnişinlər gecəni çamadanlarını qucaqlayaraq keçirirlər.

SİA-nın əldə etdiyi məlumata görə, TSN Rusiya sosial media hesablarına istinadən xəbər verir.

Təyyarələrin yanacağı tükənir, Moskvaya çata bilmir və təcili eniş etməyə məcbur olur, deyə bir qadın sərnişin bildirir.

O, ruslarla dolu kiçik bir gözləmə sahəsini göstərir.

...Yaroslavlda eniş etməyə məcbur olduq və dörd saat yarımdır ki, buradayıq. Xarici təyyarənin gəlişi səbəbindən gözləmə zonasından qovulduq - ruslar üçün yer yox idi. Bizə su, yemək vermirlər. Yanğınsöndürmə təlimi keçirdilər və hamıdan getmələrini istədilər, - deyə turist şikayətlənir.

Bu arada, sərnişinlər 15 iyundan bəri bir neçə gündür ki, Novosibirskə uçuşlarını Soçi hava limanında gözləyirlər. Uçuş dörd dəfə təxirə salınıb.

İddialara görə, əvvəlcə ruslar otelə göndərilib, lakin orada yerləşməkdən imtina ediliblər.

Son iki gün ərzində turistlər bir neçə yemək vauçeri alıblar, lakin onları qəbul edən müəssisələr qida çatışmazlığı səbəbindən onlara xidmət etməkdən imtina ediblər. Ümumilikdə, Soçidən gələn və gedən 100-dən çox reys təxirə salınıb, daha bir neçəsi isə ləğv edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə