"Arsenal" hücumçusu üçün qiymət təyin etdi

Arsenal" bu yay veteran futbolçusu Qabriel Jesusla vidalaşmaq qərarına gəlib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, London klubu braziliyalı hücumçu üçün 20 milyon funt sterlinq tələb etməyi planlaşdırır.

Əlavə etmək lazımdır ki, bir neçə komanda Jesusla maraqlanıb. Onun "Arsenal"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bildiyiniz kimi, o, 2022-ci ildən "topçular"da oynayır. Cari Premyer Liqa mövsümündə futbolçu 14 oyunda 3 qol vurub.

Xatırladaq ki, daha əvvəl "Arsenal"ın futbolçuları Qabriel Jesus və Qabriel Martinellinin "Atletiko Madrid"in diqqətini cəlb etdiyi bildirilmişdi .

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə