Hizbullahın intiharçı dronlarının bir sıra uğurlu hücumlarından sonra İsrail Müdafiə Qüvvələri dərhal kömək üçün Vaşinqtona müraciət etdi.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu ölkənin şimalındakı hərbi mövqelərə ardıcıl uğurlu intiharçı dron hücumlarından sonra Hizbullah dronları ilə mübarizə aparmaq üçün ABŞ-dan təcili olaraq yeni texnologiya istəyib.
Hizbullah getdikcə İsrail əsgərlərinə FPV dronları ilə hücum edir və dronlara qarşı müdafiə yoxdur.
Quru Qoşunlarının komandanı general-mayor Nadav Lotan yaxın günlərdə ABŞ-a səfər edəcək və PUA-lardan qorunmaq üçün avadanlıqların alınmasına şəxsən nəzarət edəcək.
İsrail Müdafiə Qüvvələri xəbərdarlıq sistemlərini təkmilləşdirməyə çalışır. Yeni aşkarlama cihazlarının tank əleyhinə raketlər barədə xəbərdarlıq prinsipi üzərində işləməsi nəzərdə tutulur.
Agentlik yazır ki, Livan qrupu daha aqressiv hərəkət etməyə başlayıb. Bir gün əvvəl İsrail səmasını ən azı altı dron deşib, onlardan bəziləri birbaşa hərbi obyektlərdə partlayıb.
Atışmalar son 24 saatdır ki, dayanmır. Hizbullah həm İsrail daxilindəki qüvvələrə, həm də Livanın cənubundakı qoşunlara partlayıcı dronlar atır.
Xatırladaq ki, çərşənbə axşamı, 26 may tarixində İsrail Livana 120-dən çox hava hücumu təşkil edib və quru əməliyyatını genişləndirib . Bu, son həftələrdə baş verən ən böyük bombalamalardan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB