Türkiyədə Azərbaycan vətəndaşları sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıblar
Egey dənizində qanunsuz sərhəd keçid cəhdinin qarşısı alınıb: Türkiyə Sahil Mühafizəsi Çanaqqala əyalətinin Ayvacık rayonu yaxınlığında motorlu qayığı saxlayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, gəmidə Azərbaycan vətəndaşları da daxil olmaqla 31 miqrant olub.
Qayıq mobil radar sistemi vasitəsilə aşkar edilib. Saxlanılanlar arasında doqquz azyaşlının olduğu bildirilir. Onlar müvafiq orqanlara təhvil verilib.
Daha əvvəl, 9 martda Türkiyənin Demre əyaləti sahillərində Əfqanıstandan olan 28 qanunsuz miqrantı daşıyan qayıq aşıb. Təqibdən yayınmağa çalışan qayıq qəfil manevrlər edərək təhlükəsizlik gəmisi ilə toqquşub. Hadisə nəticəsində on dörd nəfər ölüb, on dörd nəfər saxlanılıb.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB