Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Dinslaken şəhərində avtomobilin bir qrup məktəblini vurması nəticəsində iki şagird həlak olub.
Almaniya mediasının yazdığına görə, qadın sürücünün idarə etdiyi avtomobil naməlum səbəbdən məktəb yaxınlığında hərəkət zolağından çıxaraq üç şagirdi vurub. Avtomobil zərbənin təsirindən daha sonra yol kənarında park edilmiş üç nəqliyyat vasitəsinə dəyib. Qəza nəticəsində ağır xəsarətlər alan iki məktəbli ölüb. Digər uşaq isə yüngül xəsarətlər alıb. Avtomobilin sürücüsünün də ağır yaralandığı bildirilir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB