İran ABŞ bazalarına zərbələr endirəcəyi barədə xəbərdarlıq edib

İran qonşularına hücum ediləcəyi təqdirdə ABŞ bazalarına zərbə endirəcəyi barədə xəbərdarlıq edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran qonşularına ABŞ tərəfindən hücum ediləcəyi təqdirdə ərazilərindəki ABŞ hərbi bazalarına zərbə endirəcəyi barədə xəbərdarlıq edib.

Yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, Tehran qonşu ölkələri Vaşinqton hərbi güc tətbiq edəcəyi təqdirdə ABŞ hərbi bazalarına zərbə endirmək niyyəti barədə xəbərdar edib. Mənbə əlavə edib ki, İran həmçinin regiondakı ABŞ müttəfiqlərinə potensial hücumların qarşısını almaq üçün müraciət edib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranda etirazçılara qarşı ölüm hökmü tətbiq olunacağı təqdirdə qisas və ciddi tədbirlərlə hədələyib.

Amerika lideri həmçinin İrandakı iğtişaşlarda iştirak edənləri hökumət binalarını ələ keçirməyə çağırıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə