ABŞ Yaxın Şərqdəki hərbi gücünü artırır

ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırır. The New York Times nəşri yazır ki, ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərq regionuna əlavə hərbi qüvvələr yerləşdirib. Pentaqonun məlumatına görə, bölgəyə üç raket esminesi və ən azı bir raketlə silahlanmış sualtı qayıq göndərilib. Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi zərbə imkanları məhduddur. Buna səbəb ABŞ-ın əsas aviadaşıyıcılarından olan “Gerald R. Ford”un ötən payızda regionu tərk etməsi və hazırda Karib dənizində yerləşməsidir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə