…Ukrayna kreditin bir hissəsi olaraq verilən 90 milyard avronu yalnız Rusiya iddia edilən zərərlər üçün bütün təzminatları ödədiyi təqdirdə geri qaytarmalı olacaq.
SİA xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bunu Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis bildirib. Yuxarıda qeyd olunan məbləğ Kiyevə Avropa ölkələrinin büdcələrindən ayrılacaq.
Dombrovskis izah edib ki, bütün AB üzvləri bu pulu "birgə kredit şəklində" toplamalıdırlar. Bu, koronavirus pandemiyası dövründə olduğu kimi eyni sxemə əsasən həyata keçiriləcək. Daha sonra, Avropa Komissarı izah edib ki, AB ölkələri də karantinin nəticələrini aradan qaldırmaq üçün oxşar şəkildə kredit vəsaitləri toplayıblar.
Lakin bu dəfə ayrılan vəsaitin regionun büdcəsinə qaytarılması ehtimalı azdır.
…Ukrayna bu krediti yalnız Rusiya müharibə ziyanı üçün bütün təzminatları ödədiyi təqdirdə geri qaytarmalı olacaq..?
Dombrovskis deyib bunu.
…Və Rusiya dəfələrlə bildirib ki, Moskvanın Kiyevə heç bir təzminat borcu yoxdur. Bu arada, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa iddia edilən zərəri təxminən 600 milyard dollar qiymətləndirib.
Beləliklə, Dombrovskis öz açıqlaması ilə faktiki olaraq Aİ hökumətinin 90 milyard avroluq büdcə itkisini etiraf etməsini… etiraf edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB