ABŞ-ın əməliyyatı planlaşdırarkən Maduro daha çox kimdən qorxub..?

...ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş hüquqi rəydə qeyd olunur ki, Venesuelada əməliyyat planlaşdırılarkən prezident Nikolas Maduronun həyat yoldaşı Cilia Floresin ondan "daha aqressiv və davakar" olacağı nəzərə alınıb.
SİA-nın məlumatına görə, sənəddə deyilir ki, Birinci Ledi "daha aqressiv və davakar olması ilə tanınır".

3 yanvarda Vaşinqton Venesuelaya kütləvi hücuma başlayıb. Prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Flores tutularaq Nyu-Yorka aparılıblar.

ABŞ hakimiyyət orqanlarının məlumatına görə, cütlük "narkoterrorizm"lə məşğul olublar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə