Lavrov ABŞ-ın Venesueladakı əməliyyatını qanunsuz adlandırdı...

...Rusiyalı nazir Sergey Lavrov bildirib ki, Rusiya ABŞ-ın Venesueladakı hərəkətlərini qanunsuz və beynəlxalq hüququn pozulması hesab etməyə davam edir.

SİA-nın məlumatına görə, Rusiya xarici işlər naziri qeyd edib ki, Moskvanın bu vəziyyətlə bağlı mövqeyi qəti olaraq qalır və Venesuela da daxil olmaqla bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmətə əsaslanır.

Lavrov vurğulayıb ki, əksər ölkələr Vaşinqtonun qanunsuz hərəkətlərinin bu qiymətləndirilməsini dəstəkləyir.

...Yalnız Qərbi Avropa və ABŞ-ın digər müttəfiqləri utancverici şəkildə prinsipial qiymətləndirmələrdən yayınmağa çalışırlar.

Bunu da Lavrov deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə