Çin Xarici İşlər Nazirliyi Trampın İrana qarşı təhdidlərini pisləyib...

...SİA xəbər verir ki, Reuters agentliyinin Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqə istinadən verdiyi məlumata görə, Çin İranın daxili işlərinə xarici müdaxiləyə qarşıdır.

Diplomat vəziyyəti şərh edərkən vurğulayıb ki, “...Çin beynəlxalq münasibətlərdə güc tətbiqi və ya təhdidini qəbul etmir”.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İrandakı etirazçıları hökumət binalarını ələ keçirməyə çağırmışdı.

Ağ Ev rəhbəri etirazçılara qarşı təzyiqlər dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini vurğulayaraq, "yardımın davam etdiyini" əlavə edib.

Bundan əlavə, Amerika lideri İrandakı etirazçılar edam edilərsə, qisas və ciddi tədbirlər görüləcəyi ilə hədələyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə